Nazir Nəbiyev Azercell ilə görüş keçirib, şirkətin irimiqyaslı layihənin icrasına dair hesabatla tanış olub
Avqust ayının 22-si Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirib.
Azercell-in yaydığı məlumatda bildirilir ki, R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinləyib.
Nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla tanış olub. Bu layihə 4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verilib.
Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq Azercell-in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırılıb. Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir.
Şirkətin perspektiv planlarına gəlincə, Nazirə əminliklə bildirilib ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.
Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür edib və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




