Azərbaycanda könüllü sığorta 20% artıb, icbari sığorta isə 13% azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 438 milyon 710 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 20,3% çoxdur.
Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,3% azalaraq 141 milyon 791 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 186 milyon 783 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,15% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 25,55% azalaraq 54 milyon 346 min manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 62,55 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 44,65 manatdan 38,3 manata düşüb.
Həyat sığortası 26% artıb, qeyri-həyat sığortası isə 3% azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 294 milyon 157 min manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 26,45% çoxdur.
Ötən 7 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 286 milyon 344 min manat təşkil edib. Bu isə illik müqayisədə 3,1% azdır.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 25% azalaraq 134 milyon 450 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 12,5% azalaraq 106 milyon 679 min manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 45,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 37,3 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 77 manat və 41,3 manat olub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
10 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























