Azərbaycanda istiqraz buraxılışında nadir hal
"Kredaqro" 1 milyon 218 min 500 manat olan daşınmaz əmlaklarını girov qoyaraq 1 milyon manatlıq istiqraz buraxır.Azərbaycanda korporativ istiqraz emissiyasında nadir hallardan biri baş verib.
Marja.az xəbər verir ki, "Kredaqro Bank Olmayan Kredi Təşkilatı" MMC 1 milyon manatlıq təminatlı istiqraz emissiya edir. Azərbaycanda şirkətlər adətən təmin edilməmiş istiqrazlar buraxırlar.
Baza Emissiya Prospektinə görə "Kredaqro"nun hər birinin nominal dəyəri 100 manat olan, 10 000 ədəd faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının Bakı Fond Birjası vasitəsilə hər biri 500 min manatlıq olmaqla 2 tranşda yerləşdirilməsi nəzərdə tutulur. İstiqrazlar üzrə illik faiz dərəcəsi 11%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Qeyd edək ki, 24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Emitentə ("Kredaqro") məxsus, bazar dəyəri 1 milyon 218 min 500 manat olan daşınmaz əmlaklar istiqraz mülkiyyətçilərinin xeyrinə öz adından ipoteka saxlayan qismində çıxış edəcək sərəncamçı “AzFinance İnvestisiya Şirkəti” QSC-nin xeyrinə yüklü ediləcəkdir.
Təmin edilmiş istiqrazların təminatı qismində çıxış edən daşınmaz əmlaklar təklif edilən istiqrazların və onlar üzrə hesablanmış faiz gəlirlərinin ödənilməsinə yönəldilə bilər. Təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, girov predmeti olan əmlaklara istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə sərəncamçı tərəfindən qanunvericiliyə uyğun olaraq tutma yönəldiləcəkdir.
Yüklü ediləcək əmlakların siyahısı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)









