“Araz” supermarketin dəstəyi ilə şəhidlərin xanımları üçün layihə baş tutdu
Tədbir çərçivəsində qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi və fərdi inkişafı mövzusunda təlim keçirildi.
(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Müasir Psixologiya Mərkəzi və “Xarıbülbül fidanları” könüllü qrupu tərəfindən “Günəşə salam” layihəsi həyata keçirilib. Tədbirin iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xanımları olub.
Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarının psixoloji sağlamlıqlarının bərpa olunmasına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq idi.
Günəşin doğuşu ilə start götürən tədbirin ilk mərhələsində xanımlara meditasiya və gimnastika seansları keçirildi. Rəsmi hissədə isə gender bərabərliyi, sosial sahibkarlıq, biznes və fərdi inkişaf mövzularında keçirilən interaktiv təlimlər, müxtəlif komanda oyunları vasitəsi ilə iştirakçılar yeni biliklər qazandılar.
Tədbirdə şəhid xanımları ilə yanaşı, ictimai fəal şəxslər də iştirak etdilər.
Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Azərbaycan cəmiyyəti üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
