Türkiyədə dövlət ucuz ev satacaq - ƏRDOĞAN MEQA LAYİHƏNİN DETALLARINI AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-2028-ci illəri əhatə edən dövrdə 500 min sosial ev tikməyi hədəflədiklərini söyləyib. Ərdoğan yeni sosial mənzil layihəsinin təqdimat toplantısında etdiyi çıxışında 250 min torpaq sahəsinin də satılacağını və 50 min iş yerinin (kommersiya obyektinin) tikiləcəyini bildirib. Ərdoğan layihə çərçivəsində 2+1 mənzillərin 2 min 280 TL-dən (213 manatdan), 3+1 mənzillərin isə 3 min 187 TL-dən (297 manatdan) başlayaraq taksitlə təhvil veriləcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mənzil layihəsinin təfərrüatlarını açıqlayıb.
Marja xəbər verir ki, Ərdoğan, 2023-2028-ci illəri əhatə edən müddətdə 500 min sosial ev tikməyi hədəflədiklərini söylədi. Ərdoğan yeni sosial mənzil layihəsinin təqdimat toplantısındakı çıxışında 250 min torpaq sahəsinin də satılacağını və 50 min iş yerinin tikiləcəyini bildirib.
Layihənin birinci mərhələsinə 250 min sosial ev, 250 min torpaq sahəsi və 10 min iş yeri daxildir. Birinci mərhələ yaşayış evlərindən 50 mini İstanbulda, 18 mini Ankarada, 12 min 500-ü İzmirdə və 10 mini Qaziantepdə tikiləcək.
Mərasimdə Ərdoğan aşağıdakı detalları verib:
"Sabahdan sosial mənzil almaq üçün müraciətlər başlayır. Təhvil 2 ildən sonra başlayacaq.
Məqsədimiz 2023-2028-ci illəri əhatə edən 5 il müddətində bütün rayonlarımızda 500 min sosial ev, 250 min torpaq sahəsi və 50 min iş yeri tikməkdir.
Bu böyüklükdə bir layihə təxminən 900 milyard türk lirəsi (TL) investisiya deməkdir. Multiplikator effekti ilə bu layihənin iqtisadi təsiri 2 trilyon TL-dir. Belə investisiya mənzil qiymətlərini və kirayə haqqını aşağı salacaq və vətəndaşların mənzil almasını asanlaşdıracaq.
Bu kampaniya ölkəmizdə ev sahibliyi nisbətini artıracaq.
Sosial mənzil layihəmizin birinci mərhələsini iki il ərzində başa çatdırmağı və vətəndaşların istifadəsinə verməyi planlaşdırırıq.
Qiymətlər və ödəniş şərtləri
Vətəndaşlarımız 608 min TL-dən (cari məzənnə ilə 57 min manatdan) başlayan mənzilləri, 240 ay müddətinə, ayda 2 min 280 TL-dən (213 manatdan) başlayan taksitlə, 850 min TL-dən (79 min manatdan) başlayan 3+1 mənzilləri isə ilə 3 min 187 TL-dən (297 manatdan) başlayan taksitlə ala biləcək.
192 min 500 TL-dən (18 min manatdan) başlayan torpaq sahələri aylıq 1604 TL-dən (150 manatdan) başlayaraq, 10 il müddətlə faizsiz satılacaq
İşçilərimizə və gənc sahibkarlarımıza 350 min lirədən (33 min manatdan) başlayan qiymətlərlə və 2 min 633 lirədən (145 manatdan) başlayan taksitlərlə, 120 ay ödəmə müddətilə iş yerləri təqdim edəcəyik.
Sosial mənzil layihəsindən kommersiya qazanc əldə etməyə çalışanlara imkan verməyəcəyik.
MÜRACİƏT ÜÇÜN GƏLİR LİMİTİ NƏ QƏDƏRDİR?
Layihədən faydalanmaq istəyən vətəndaşların ailələrinin gəlirləri İstanbulda 18 min lirədən (təxminən 1700 manatdan), digər vilayətlərdə isə 16 min lirədən (təxminən 150 manatdan) aşağı olmalıdır.
MƏNZİL QİYMƏTLƏRİ
2+1 mənzil:
608 min lirədən başlayan qiymətlər (aylıq taksit 2 min 280 lirə, 240 ay ödəmə müddəti).
3+1 mənzil:
850 min lirədən başlayan qiymətlər (aylıq taksit 3 min 187 lirə, 240 ay ödəmə müddəti).
TORPAQ QİYMƏTLƏRİ
350-500 kvadratmetr torpaq sahəsi 192 min 500 lirə (1604 lirə taksitlə, 10 il müddətində).
OBYEKT QİYMƏTLƏRİ
350-350 min lirədən başlayan qiymətlər (2 min 633 lirədən başlayan taksitlə, 120 ay müddət).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
Ən çox oxunanlar

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
