Hökumət 2023-cü ildə hansı vergi güzəştlərinin olacağını açıqladı - SİYAHI
2023-cü ilin dövlət büdcəsinin gəlirlər üzrə siyasətin əsas istiqamətləri məlum olub.
Marja.az 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinadən xəbər verir ki, növbəti ildə gəlir siyasətinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
- İşğaldan azad edilmiş ərazinin rezidentlərinə münasibətdə vergi güzəştlərinin müəyyən edilməsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalçıları üzrə əlavə vergi güzəştlərinin müəyyən edilməsi;
- Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirin vergidən azad olunması;
- Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsinin ƏDV-dən azad olunması;
- İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il artırılması;
- Dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023- cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması;
- Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulmasının (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilməsi, digər əmlak üzrə isə ƏDV-dən azadolma rejiminin tətbiqi;
- 20 Yanvar şəhidlərinin övladlarına əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi;
- Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması;
- Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat məbləğində azaldılması;
- Vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbinin ləğv edilməsi və hesabların vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılması;
- Nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi;
- ƏDV məbləğinin alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gün ödənilməsi barədə tələbin yumşaldılması;
- Vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizminin təkmilləşdirilməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
3 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
3 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
4 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
4 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

























