TAP-ın rəhbərliyi yenidən formalaşdırılıb
Azərbaycana məxsus təbii qazın Avropaya nəql edəcək Trans Adriatik Boru Kəmərinin (TAP) rəhbərliyi yenidən formalaşdırılıb.
TAP-ın yaydığı məlumata görə, Luka Şipati konsorsiumun icraçı direktoru, Uolter Piraeri isə prezidenti təyin edilib.
Qeyd edək ki, L.Şipati bundan əvvəl İtaliyanın “Snam” şirkətində (Avropada təbii qazın utilizasiyası üzrə iri şirkətlərdən biridir) çalışıb, 26 illik iş təcrübəsi var. O, yeni vəzifəsində İan Bradşavı əvəz edib.
U.Piraeri isə bundan əvvəl Belçikanın “Fluxys” şirkətində (Avropada kommunal sektorun idarə edilməsi üzrə aparıcı şirkətlərdən biridir) işləyib, 30 ildən artıq iş təcrübəsi var.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%),SOCAR ( 20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
22 d. əvvəl
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib
-
-
56 d. əvvəl
Aprelin 14-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
-
1 saat əvvəl
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
-
3 saat əvvəl
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
“Bizim kapital ehtiyacımız yoxdur, İPO addımı illərdir formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə verməkdir”
Ən çox oxunanlar
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Rəsmi məzənnələr açıqlandı
Neft blokada xəbəri ilə bahalaşıb
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq





















