Dövlət vergi orqanlarına işə qəbul elan edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində məqsəd dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri dövlət vergi orqanlarına işə qəbul etmək məqsədi daşıyır. Bu, dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci müsabiqədir.
İşə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsabiqənin test imtahanı mərhələsi 20 noyabr 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.
Müsabiqənin keçirilməsində yeni yanaşmalar
Yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti götürülüb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların müsabiqədə iştirakına açıq və bərabər imkanlar yaradılıb.
Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, xüsusən də Azərbaycanın digər sahə qanunvericilik aktları, tarixi, coğrafiyası, müasir beynəlxalq münasibətləri, dünyada baş verən yeni tendensyalarla bağlı biliklərini, məntiqi düşüncə səviyyəsini və bacarığını ölçən testlərdən ibarət yeni sual bazası hazırlanıb.
Bu mərhələdə namizədlərə təqdim olunacaq sualları özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib (https://www.taxes.gov.az/az/page/edebiyyat-siyahisi-ve-test-tapsirigi-numuneleri).
Dəyişikliklərin edilməsində əsas məqsəd gənclərə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün daha geniş imkan yaratmaq, daha potensiallı gəncləri müəyyən edərək işə qəbul etmək, onların vergilər və vergitutma sahəsində zəruri peşə biliklərini və bacarıqlarını nəzəri və praktiki təlimlər vasitəsilə artırmaq və dövlət vergi orqanları üçün hazırlıqlı kadr yetişdirməkdir.
Müsabiqə başa çatdıqdan sonra nəticələr Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant vəzifələrə təyin ediləcəklər. Vakant vəzifələrə təyin olunmamış namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.
Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiz: (https://www.taxes.gov.az/az/post/2090).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 d. əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
- 8 d. əvvəl
-
-
20 d. əvvəl
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
- 56 d. əvvəl
-
1 saat əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
-
1 saat əvvəl
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
-
3 saat əvvəl
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
-
5 saat əvvəl
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
-
5 saat əvvəl
Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
Aprelin 10-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib




















