Bankların xalis mənfəəti 30 faizə yaxın artıb
Azərbaycanın bank sektoru 2022-ci ilin 8 ayını (yanvar-avqust) dövrünü 589.4 milyon manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin 8 ayında bank sektorunun xalis mənfəəti 134.2 milyon manat və ya 29,5% artıb. Azərbaycanın bank sektoru 2021-ci ilin 8 ayını 455.2 milyon manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin yanvar-avqust dövründə bank sektorunun faiz gəlirləri 1 milyard 362 milyon manat ikən, 2022-ci ilin eyni dövründə 1 milyard 715.8 milyon manat təşkil edib (353.8 milyon manat artıb). Sektorun qeyri-faiz gəlirləri isə 576.2 milyon manatdan 762.3 milyon manata yüksəlib (186.1 milyon manat artıb).
2022-ci ilin 8 ayında bank sektorunun əməliyyat mənfəəti 849.9 milyon manat olub (2021-ci ilin eyni dövründə 644.8 milyon manat olmuşdu).
Bank sektorunun xalis mənfəətinin böyük hissəsi təxminən 5 iri bankın payına düşür.
Qeyd edək ki, son aylar bank sektorunun kredit qoyuluşlarının artım tempi zəifləyib. Qarşıdakı aylarda bankların xalis mənfəətinin artım sürətinin də azalacağı gözlənilir.
HƏMÇİNİN OXU: Azərbaycanda biznes kreditlərində geriləmə başlayıb
HƏMÇİNİN OXU: Bank kreditlərinin artım tempi daha da zəifləyib
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























