Polşa zlotısı dollar qarşısında rekord səviyyədə aşağı düşüb
1 dollar üçün beş zlotıdan çox ödəmək lazımdır. Zlotının dollara nisbətdə zəifləməsi EUD/USD cütlüyünün düşməsi ilə əlaqədardır, çünki Polşanın Avro zonası ilə güclü iqtisadi əlaqələri var. EUR/USD məzənnəsi nə qədər yüksək olarsa, USD/PLN məzənnəsi də bir o qədər aşağı olur.
Polşa zlotısı (PLN) ABŞ dolları (USD) qarşısında tarixi minimuma düşüb.
Marja xəbər verir ki, bunu "Businessinsider.com.pl" portalının çərşənbə axşamı dərc etdiyi məlumatlar göstərir.
Tarixdə ilk dəfə 1 dollar üçün 5 zlotıdan çox pul ödəməlidir.
Avronun məzənnəsi 4,78 PLN-dir.
USD/PLN məzənnəsi 24 faiz bahalaşıb.
Analitiklərin fikrincə, zlotının dollara nisbətdə zəifləməsi Polşa ilə Avrozona arasında güclü iqtisadi əlaqələr səbəbindən avro/dollar (EUD/USD) cütlüyünün aşağı düşməsinin birbaşa nəticəsidir. Uzun illərdir ki, avro ABŞ dollarından daha güclü valyuta olub. Lakin son həftələr Ukrayna hadisələri və inflyasiyanın artması səbəbindən vəziyyət dəyişib. Avropada enerji böhranı, faizin gec və aşağı artırılması Avropa valyutasının dollar qarşısında zəifləməsinə səbəb olub.
Polşa ekspertləri qeyd edirlər ki, ABŞ-da enerji qiymətlərində o qədər də güclü artım yoxdur, onların iqtisadi artım və pul siyasəti baxımından Avrozonadan daha az problemi var, ona görə də inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini daha cəsarətlə qaldıra bilərlər.
Avroya münasibətdə "yaşıl" son 20 ilin ən güclü səviyyəsindədir və EUR/USD məzənnəsi paritetdən aşağı düşüb. Çərşənbə axşamı axşam bir avro cəmi 0,958 dollara başa gəlb.
2022-ci ilin mart ayından ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələrini 3 faiz bəndi artırıb və 14 ilin ən yüksək səviyyəsinə, 3-3,25% diapazonuna çatdırıb. Proqnozlara görə, gələn il ABŞ-da faiz 4,6 faiz səviyyəsinə, Avro zonasında isə 2-2,5%-ə çata bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
36 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 37 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
