“Veysəloğlu Distribusiya” şirkəti iri istehsalçı tərəfindən mükafata layiq görülüb
(®) “Veysəloğlu Distribusiya” şirkətinə “Мечта Хозяйки” mayonez – sous kateqoriyasının satışında liderlik göstərdiyi üçün RUSAGRO şirkəti tərəfindən mükafat təqdim olunub
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” qastronom və dondurulmuş məhsullar kateqoriyası üzrə ən böyük partnyorlarından biri olan RUSAGRO tərəfindən “2022-ci İlin Ən Yaxşı Biznes Partnyoru” mükafatına layiq görülüb. Şirkətə bu mükafat Azərbaycanda brendin mayonez – sous kateqoriyasının satışlarında liderlik göstərdiyi üçün təqdim olunub.
Nəzərinizə çatdıraq ki, Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən olan RUSAGRO 1995-ci ildə təsis olunub. Şirkət əsasən mayonez və yağ istehsalı biznesində liderlərdən biridir və dünyanın 60-dan çox ölkəsinə məhsul satışını həyata keçirir.
Veysəloğlu Distribusiya 2013-cü ildən RUSAGRO Şirkətlər Qrupu ilə əməkdaşlığa başlayıb və hazırda şirkətin “Мечта Хозяйки” markasının mayonez və yağ məhsullarını və “Щедрое Лето” markasının yağ məhsullarını distribusiya edir. Qeyd edək ki, Veysəloğlu Distribusiya “Мечта Хозяйки” brendinin mayonez məhsullarının satışı ilə 2004-cü ildən etibarən məşğuldur.
“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4025 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2300 nəfərdən çox əməkdaşı ilə xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





.jpg)
