“Teorem.az” mobil təhsil platformasından ilk olaraq Azercell abunəçiləri istifadə edə biləcəklər
Azercell şirkətinin dəstəyi ilə TEOREM - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər.
TEOREM istər orta məktəb şagirdlərinin və abituriyentlərin, istər magistraturaya hazırlaşan tələbələrin, istərsə də müəllimlərin faydalana biləcəyi onlayn platformadır. Resurs imtahan hazırlıq prosesi, testetmə bacarıqlarının qazanılması və biliyin dəyərləndirilməsi istiqamətində unikal imkanlar təqdim edir.
TEOREM-in SMS ödəmə xidmətlərindən ilk növbədə Azercell abunəçilərinin istifadəsi mümkündür. Azercell Telekom TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə və platformanın mobil mühitə inteqrasiyası məslələrinə dəstək verib. Ölkənin lider mobil operatorunun bu layihədə iştirakının əsas məqsədi təhsilə, rəqamsal biznes mühitin inkişafına və yeni startapların yetişməsinə yardım etməkdir.
TEOREM-in Android və İOS əməliyyat sistemləri üçün mobil tətbqiləri hazırlanıb. Mobil istifadəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yukləyə bilərlər. Platforma haqqında daha ətraflı məlumat www.teorem.az saytındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























