“Neft Daşları”nda “Neftçi” Peşəkar Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib
(®) “Neftçilər Günü” və “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) 85 illiyi münasibətilə 2022-ci il oktyabrın 9-da “Neftçi” PFK ilə neftçilər arasında “Neft Daşları”nda mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətinin yaydığı məlumata görə, görüşdə iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti “Neft Daşları”na səfər edib.
İlk öncə nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Sonra Ulu Öndərin adını daşıyan muzey ilə tanış olan nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.
Qəri Counz muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.
Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyəti şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edib, daha sonra “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olub.
“Neftçi” PFK ilə neftçilər arasında keçirilən mini-futbol üzrə yoldaşlıq görüşünün əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Vətən uğrunda şücaət göstərərək canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Futbolçular topları, neftçilər dəbilqələri qarşılıqlı olaraq bir-birlərinə hədiyyə ediblər.
Rövşən Nəcəf və Qəri Counzun da iştirak etdikləri futbol qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib. Oyun 5:5 hesablı bərabərliklə başa çatıb.
Sonda oyun müddətinə “Neft Daşları” komandasına baş məqçi olaraq təyin edilən, 42 il “Neft Daşları”nda çalışmış və təqaüd yaşına çatan təcrübəli neftçi Şirinağa Əlizadə “Azneft” İstehsalat Birliyi adından təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnaməni SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdim edib. Həmçinin “Neftçi” PFK adından “Neft Daşları”na futbolçuların imzaladığı oyun forması xatirə olaraq hədiyyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















