Azərbaycanın "Maverick" agentliyi EACA-a müşahidəçi üzv kimi qəbul edilib
"Qlobal marketinq sənayesinin ən yüksək mükafatı olan “Effies”i Azərbaycana gətirməyi qarşımıza məqsəd qoymuşuq.”(®) Avropa Kommunikasiya Agentlikləri Assosiasiyası (EACA) ölkənin aparıcı kommunikasiya agentliklərindən olan “Maverick”i Milli Assosiasiyalar Şurasında müşahidəçi üzv kimi qəbul edib. Bu status agentliyə EACA-nın iclaslarında və tədbirlərində iştirak etmək imkanı verir və marketinq və reklam sektorunun beynəlxalq sferada fəaliyyətini daha dərindən başa düşməyə kömək edəcək.
“Maverick” agentliyi marketinq sahəsində beynəlxalq ekspertlər cəmiyyətinin bir hissəsi olmaqla onların dəstək, bilik və məsləhətlərindən faydalanmağı qarşısına məqsəd qoyub.
Əldə edilən nailiyyət ilə bağlı fikirlərini bölüşən “Maverick”in baş direktoru Emin Mahmudov bunları bildirib: “Agentlik yaradıldığı andan məqsədimiz onu qlobal marketinq mütəxəssisləri birliyinin bir hissəsi etmək olub. Daha böyük bir cəmiyyət daxilində öyrənmək, böyümək, fikir mübadilələri aparmaq marketinq agentliyi olaraq həm bizim, həm də yerli bazarın inkişafına müsbət təsir göstərəcək. Fikrimcə, bütün qitə üzrə sahənin peşəkarlarını bir araya gətirdiyi üçün EACA qoşula biləcəyimiz ən ideal birlikdir. Bu bizim kimi kiçik, lakin iddialı bazarda çalışan agentliklərə bir çox qapılar və imkanlar açacaq.”
EACA-nın baş direktoru Tamara Daltroff öz növbəsində deyib: ““Maverick” şirkətinin baş direktoru Emin Mahmudovun bizə müraciət etməsindən və Azərbaycanın marketinq sahəsində Avropa təcrübəsindən yararlanmaq istəyini öyrənməkdən məmnun olduq. “Maverick” EACA-da müşahidəçi üzv kimi Milli Assosiasiyalar Şurasının dəstəyindən yararlana və bunu Azərbaycandakı həmkarları ilə bölüşə biləcək. Eyni zamanda biz çox şadıq ki, bu yeni üzvlük bizim perspektivimizi zənginləşdirməyə və üfüqlərimizi genişləndirməyə kömək edəcək. “Maverick” ilə birlikdə işləməyi səbirsizliklə gözləyirik”.
Emin Mahmudov agentliyin məqsədləri və gələcək hədəflərindən də danışıb: “Yerli bazarı dəyişdirmək yolunda heç vaxt dayanma!” Agentlik olaraq özümüzə verdiyimiz 5 vəddən biri məhz budur. Atdığımız bu addım da verdiyimiz vədin real əksidir. Biz “Maverick” olaraq bunu yerli bazarın inkişafına böyük töhfə verəcək transformasiyanın sadəcə başlanğıcı kimi görürük. Növbəti addım daha çox agentliyi üzv olmağa cəlb etmək və bunun vasitəsilə güclü Milli Assosiasiyanın inkişafına və təkamülünə töhfə vermək olacaq. Daha sonra isə EACA-nın köməyi və dəstəyi ilə qlobal marketinq sənayesinin ən yüksək mükafatı olan “Effies”i Azərbaycana gətirməyi qarşımıza məqsəd qoymuşuq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



