İndi hamı özü üçün yaşayacaq - Yeni onlayn market xidməti
"İndi Market" onlayn market konseptinə yeniliklərlə gəlir.(®) Divanda yerini rahatlayıb, televizorda sevimli verilişini izləyərkən narahat edilmək heç xoş deyil. Yorğun-arğın işdən qayıdanda telefona gələn təcili bazarlıq mesajından isə danışmağa dəyməz. Hələ evin sonbeşiyisənsə, günün ikiqat qaradır: evdə kiməsə nəsə lazım olan kimi marketə göndərilir, ev-market yolunda təpik döyürsən.
Bu problemlərin artıq geridə qaldığını desək? Yeni onlayn market xidməti – “İndi Market” gündəlik bazarlıqda ən yaxın köməkçin olmağa iddialıdır. 10 mindən çox yüksək keyfiyyətli məhsuldan ibarət geniş seçim imkanı, etibarlı və sürətli çatdırılma, 24/7 xidmət, müxtəlif kampaniyalar və endirim aksiyaları səni gözləyir.
Əlini aza alışdırmaq da lazım deyil: rahatca aylıq bazarlığını elə, həcmindən asılı olaraq sifarişlər moped, motosiklet, minivan və ya yük maşını ilə düz qapına çatdırılır.
Bundan sonra dostlarınla kino, futbol axşamlarına yığışmaq da iki vur iki qədər asandır. Bunun üçün mobil tətbiqdə tematik mövzularda hazır kombo setlər mövcuddur.
Qonaqlarına öz əlləri ilə süfrə açmaq istəyənlər də yaddan çıxmayıb. “İndi Market” dadlı reseptləri ilə bu işi də asanlaşdırır. Təamın hazırlanma qaydası və inqridiyentinə uyğun bazarlıq imkanı var. Bir toxunuşla reseptdəki ərzaqlar dəqiq ölçüsü ilə alış-veriş səbətinə əlavə edilir.
Bundan başqa, “İndi Market” çatdırılmaları ancaq özünə aid anbarlardan həyata keçirir. Bu isə o deməkdir ki, məhsullar daha əlçatandır, bir məhsul üçün şəhərin müxtəlif marketlərini gəzməyə ehtiyac yoxdur.
Cəlbedici imkanlardan yararlanmağa tələsirsənsə, “Appstore” və ya “Play Store”dan “İndi Market” tətbiqini smartfonuna yüklə, səbətini lazım olan məhsullarla doldur. Ən qısa müddətdə kuryer qapını döyəcək.
Qalıq, nağd dərdi də çəkmə: POS-terminal, nağd və ya bank kartı ilə onlayn ödəniş mümkündür.
İndi vaxtını düzgün planlamaq öz əlindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
- 15 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb



























