Azərbaycanda bank biznesinin bir neçə əldə cəmlənməsi orta səviyyədədir
Azərbaycan bank sistemində təmərküzləşmə (bir, yaxud bir neçə əldə cəmlənməsi) səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan Herfindahl-Hirschman İndeksi (HHİ) Azərbaycanın bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir (aktivlər üzrə təxminən 1600 bənddə olan indeks orta səviyyədə təmərküzləşmiş bazarları göstərən 1500-2500 bənd civarındadır).
"Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1015, 1805 və 1576 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir",- hesabatda bildirilir.
Qeyd edək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHIın dəyəri 0-10000 arasında dəyişə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




