Məşhur kosmoloq, astrofizik Lorens Kraus Bakıda səfərdədir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos və “SABAH” qruplarının tərəfdaşlığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə məşhur kosmoloq, nəzəri fizik və astrofizik Lorens Maksvel Krauz Bakıya səfər edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, onlayn formatda keçirilən təhsil, elm və texnologiyalar forumu – Beynəlxalq Nobel Festivalı (NobelFest) çərçivəsində Bakıya gələn alim Azərkosmosun qonağı olub.
L.M.Krausa Azərbaycanın kosmik sahə üzrə layihələri və Azərkosmosun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
L.M.Kraus bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə də görüşüb. Ona nazirliyin fəaliyyət istiqamətləri və ölkədə aparılan rəqəmsallaşma prosesi barədə məlumat verilib.
Astrofizik daha sonra Bakı Dövlət Universitetində “SABAH” qrupunun tələbələri ilə görüşüb. O, gənclərə kainatın mənşəyi və təkamülü, “James Webb” teleskopunun imkanları barədə danışıb. Görüş tələbələrin aktiv sual-cavab sessiyası ilə davam edib.
Milli Aviasiya Akademiyasında keçirilən seminarda isə L.M.Kraus kainatın yaranması ilə bağlı kosmoloji nəzəriyyə, kainatda enerji, qalaktikaların formalaşması və təkamülü, iqlim dəyişikliyi kimi maraqlı mövzulara toxunub.
Qeyd edək ki, Lorens Maksvel Kraus Kanada əsilli amerikalı alimdir, müasir elm dünyasına saysız-hesabsız töhfələr verib. Dünyaca məşhur “Ulduz yolu fizikası” (The Physics of Star Trek) və “Heç nədən yaranan Kainat” (A Universe from Nothing) kimi bestseller kitabların müəllifidir.
L.M.Kraus 1995-ci ildə kainatın enerji sıxlığında kosmosun enerjisinin üstünlük təşkil etdiyi fikrini irəli sürüb və 2011-ci ildə bu kəşfinə görə Nobel mükafatı alıb.
L.M.Kraus 40 illik karyerası ərzində ABŞ və başqa ölkələrdə fərqli universitetlərdə işləyib. Həmçinin yeddi il Astronomiya və Astrofizika Tədqiqat Məktəbində (Avstraliya), on il Yer Kürəsi və Kosmos Tədqiqat Məktəbində (Arizona) və digər elmi müəssisələrdə çalışıb.
O, 500-dən çox məqalə və 11 kitabın müəllifidir. Ən yeni kitabı “Məlum olmayanlar: kosmosun çözülməmiş sirləri” (The Known Unknows: Unsolved Mysteries of the Cosmos) 2023-cü ilin may ayında işıq üzü görəcək.
L.M.Krausun tədqiqat sahələri elementar hissəciklərin fizikası və kosmologiyadır. O, “The New York Times”, “The Wall Street Journal”, “The New Yorker” kimi nüfuzlu jurnal və qəzetlər üçün məqalələr yazır, müntəzəm olaraq televiziya və radiolarda çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)






.jpg)



