İstiqraz sahibləri növbəti qazanclarını götürəcəklər
SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.
“SOCAR Capital” şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcək. Ümumilikdə, istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.
Qeyd edək ki, bu, SOCAR İstiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar.
Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının illik gəlirliliyi 5%-dir. Ümumilikdə istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir.
İstiqrazlar dollarla satıldığına görə, bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülürəcək. və onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.
SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyinin yüksək olmasıdır. Nəticədə, istiqrazların dəyəri nominal qiymət olan min dollardan heç vaxt aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətinə görə artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.
SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)
