"Rusiyada xiyar və pomidorun istehlakı 2025-ci ilə qədər artmayacaq" - PROQNOZ
"Rusiyada istixana tərəvəzlərinin, ilk növbədə pomidor və xiyarın istehlakı ardıcıl ikinci ildir azalır və istehlakın 2025-ci ilə qədər artacağı gözlənilmir".
Marja.az xəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı Bankının (Россельхозбанка, РСХБ) İri Biznes Departamentinin icraçı direktoru Anton Tixonov "Global Fresh Market" sərgisində bildirib.
“Statistika (Rosstat və Federal Gömrük Xidmətinin istixana tərəvəzlərinin istehlakı barədə statistikaları- red.) ardıcıl ikinci il azalma olduğunu göstərir və bunun səbəbləri ilk növbədə əhalinin gəlirlərinin azalması ilə bağlıdır: əvvəlcə bu, Covid epidemiyası ilə bağlı oldu, daha sonra sanksiyalar təzyiqi və inflyasiya təsir etdi. 2022-ci ildə də istehlakın azalacağı gözlənilir”, - Tixonov bildirib.
Rusiya Kənd Təsərrüfatı Bankı, ev təsərrüfatlarının gəlirlərinin daha da azalacağı ilə bağlı proqnozu nəzərə alaraq, 2025-ci ilə qədər istixana tərəvəzlərinin istehlakının artacağını proqnozlaşdırmır.
Bank artan rəqabət səbəbindən istixana biznesində rentabelliyin və sərmayənin qaytamasının daha da aşağı düşəcəyini gözləyir.
"Sənaye "yetkinlik" mərhələsinə qədəm qoyub və rentabelliyin azalması ilə xarakterizə olunur. Son 10 ildə bir neçə böyük oyunçu peyda olub. Son üç ildə pomidor üzrə istehsalın artımı təxminən 45%, xiyar üzrə təxminən 38% təşkil edib", - Tixonov qeyd edib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















