Sərvəti 1 ildə 92 milyard dollar "əriyib"
İlon Maskın sərvəti Twitter-i aldıqdan sonra sahib olduğu Tesla-nın səhmlərinin ucuzlaşması ilə yenidən azalmaqdadır. Məşhur milyarderin sərvəti son bir ildə 92 milyard dollar "əriyib".Elektrik nəqliyyat vasitələri istehsalçısı ABŞ-ın Tesla şirkətinin Baş direktoru İlon Maskın (Elon Musk) sərvəti yenidən azalmaqdadır. Çünki investorlar, Maskın, Twitter-i aldıqdan sonra elektrik avtomobil istehsalçısı Tesla-ya diqqət yetirmək üçün daha az vaxtının ola biləcəyi ilə bağlı narahatdırlar.
Marja xəbər verir ki, Tesla səhmləri ucuzlaşdıqca milyarderin sərvəti azalır. Tesla səhmlərinin ucuzlaşması investorların Muskın bu yaxınlarda aldığı Twitter-ə daha çox diqqət yetirəcəyindən qorxmaları ilə bağlıdır. İnvestorlar hesab edirlər ki, Tesla şirkətinə diqqət zəifləyə bilər. Bu səbəbdən bir çox investor Tesla səhmlərini satır. Qısası, investorlar qorxurlar ki, Twitter-i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.
Muskın sərvətinin əsas hissəsini təşkil edən elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri 177 dollara qədər ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:00-da Tesla səhmləri 7,2% ucuzlaşma ilə 177,59 dollardan ticarət olunub. Sonuncu dəfə Tesla səhmləri 2020-ci ilin noyabrında belə aşağı səviyyədə ticarət edib.
Tesla səhmləri bu il S&P 500 İndeksində 19% və Nasdaq 100 İndeksində 32% azalma ilə müqayisədə 45% ucuzlaşıb.
Tesla səhmləri ən yüksək səviyyəsinə çatanda Maskın sərvəti 340 milyard dollar təşkil etmişdi.
Bloomberg Milyarderlər İndeksinə görə, Maskın sərvəti bu il 92 milyard dollar azalaraq 177 milyard dollara düşüb. Məşhur milyarder hələ də dünyanın ən varlı adamı olsa da, onun sərvəti, cəmi bir il əvvəl Teslanın səhmlərinin cəmi dəyəri rekord həddə - 410 milyard dollara çatanda 340 milyard dollar ətrafında idi.
Oktyabrın 27-də 51 yaşlı milyarderin Twitter-i ələ keçirməsi başa çatıb və şirkət işçilərinin yarısını dərhal işdən çıxarıb.
General Motors və Volkswagen AG kimi şirkətlər, satınalma tamamlandıqdan sonra Maskın rəhbərliyi altında şirkətin necə dəyişəcəyini daha yaxşı başa düşmək üçün saytda ödənişli reklamları dayandırdıqlarını açıqlayıblar.
Digər tərəfdən, Tesla ABŞ xaricindəki ən mühüm bazarında iqtisadi təzyiqlər ilə mübarizə aparır.
Şirkət ötən ay analitiklərin proqnozlarına uyğun gəlməyən üçüncü rüb satışları haqqında məlumat verib. Mask Çindəki iqtisadi yavaşlamanın və artan faiz dərəcələrinin mənfi təsirini etiraf edib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
28 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
42 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq























