“MKT İK” MMC 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirib
(®) 8 Noyabr "Zəfər Günü" münasibətilə “MKT İK” MMC anım tədbiri keçirib.
Tədbirdə şirkətin ikinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlarının bir qrupu, şirkət rəhbərliyi və şəhid ailələri iştirak edib.
Tədbirdə ilk öncə vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə “MKT İK” MMC-nin Baş İnzibati direktoru Rüfət İsmayılov və İnsan Resursları üzrə baş direktor Asif Bədəlov çıxış edərək tədbirdə iştirak edən müharibə iştirakçılarını və əməkdaşları təbrik edib. Daha sonra tədbirdə iştirak edən qazilər çıxış edərək müharibə xatirələrini və zəfər sevinclərini bölüşüblər.
Tədbirin sonunda Azərbaycan Dövlət Himni səsləndirilib və şirkətdə çalışan müharibə iştirakçılarına mükafatlar təqdim olunub.
Qeyd edək ki, “MKT İK” MMC-nin hazırki əməkdaşlarından 200 nəfərdən çoxu ikinci Qarabağ müharibəsində iştirak edib.
"MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci ilin on ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İK” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)









.jpg)


