Dünyada super varlıların sayı 2018-ci ildən bəri ilk dəfə azalıb
Çindən başqa bütün ölkələrdə multimilyonerlərin sayı azalıb. Wealth-X tədqiqat şirkəti dünyada ultra yüksək xalis sərvətə malik insanların sayı ilə bağlı növbəti hesabat yayıb (sərvəti 30 milyon dollar və daha çox olan şəxslər ultra varlılar adlandırılır). İlin birinci yarısının nəticələrinə görə, onların sayı 6% azalıb, sərvətlərinin ümumi həcmi isə 11% azalaraq 41,8 trilyon dollar təşkil edib. Tədqiqatçılar bu vəziyyəti qlobal iqtisadiyyatdakı problemlər və Ukraynadakı hərbi münaqişənin yaratdığı geosiyasi gərginliyin artması ilə izah edirlər.Nyu Yorkda yerləşən Wealth-X Araşdırma Mərkəzinin çərşənbə günü dərc etdiyi hesabata görə, sərvəti 30 milyon dollar və ya daha çox olan insanların sayı 2018-ci ildən bəri ilk dəfə 6% azalıb.
"2022-ci ilin birinci yarısında ultra yüksək sərvəti olan insanların sayı (UHNW (Ultra high-net-worth individual) - ultra yüksək xalis sərvətə malik şəxslər) 6% azalaraq 392 min 410 nəfərə düşüb. Bu 2018-ci ildən bu yana ilk ədədi azalmadır”, - Marja xəbər veri rki, hesabatda deyilir.
Son illərin tarixi ən yüksək səviyyələrindən sonra ən zəngin insanların ümumi sərvəti 11% azalaraq 41,8 trilyon dollara düşüb.
Azalmanın olmadığı yeganə ölkə Çindir. Bu ölkədə zənginlərin sayı 2,3% artıb.
Analitiklərin fikrincə, azalmanın səbəbləri arasında qlobal iqtisadiyyatdakı problemlər ilə bərabər, Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar da var.
Analitiklər qeyd edirlər ki, varlılar üçün də “yaxın gələcəkdə vəziyyət asan olmayacaq”.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























