Amazon 10 000 işçini ixtisar etməyə hazırlaşır
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artması ilə “Amazon” qlobal işçi qüvvəsinin 3 faizinə bərabər olan 10 min nəfəri işdən çıxarmağa hazırlaşır.ABŞ-ın elektron ticarət şirkəti Amazon kütləvi ixtisar planlaşdırır.
Marja "New York Times"a (NYT) istinadən xəbər verir ki, Amazon, qlobal işçi qüvvəsinin 3%-nə bərabər olan 10 min nəfəri işdən çıxarmağa hazırlaşır.
Xəbərdə ixtisarların bu həftə başlayacağının gözlənildiyi qeyd edilir.
Amazon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu, 1994-cü ildə qurulandan bəri ABŞ şirkətinin ən böyük ixtisarı olacaq.
İXTİSARLAR ARTMAQDADIR
Noyabrın 9-da Facebook, Instagram və WhatsApp-ın sahibi Meta şirkəti 11 mindən çox işçisini ixtisar edəcəyini açıqlamışdır.
İlon Maskın 44 milyard dollarlıq alışından sonra sosial media şirkəti Twitter-də ixtisarlar başlayıb və şirkət işçilərinin 50 faizinin işdən çıxarıldığı bildirilib.
Qlobal iqtisadi qeyri-müəyyənliklərlə üzləşən şirkətlər xərclərini azaltmaq və işə qəbulu dayandırmaq üçün addımlar atmağa məcbur olurlar.
Dünyada artan inflyasiya və pisləşən makroiqtisadi mənzərə şirkətləri yeni vəziyyətə uyğunlaşmağa məcbur edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























