Yaponiyada son 40 ildə rekord qiymət artımı
Oktyabr ayında Yaponiyada istehlak qiymətləri son 40 ildə ilk dəfə keçən ilin eyni ayı ilə müqayisədə 3,6% artıb. Enerji və ərzaq məhsullarının qiymətlərinin qlobal artımı fonunda ölkədə rekord qiymət artımı qeydə alınıb.Yaponiyanda inflyasiya oktyabr ayında 1982-ci ilin fevral ayından bu yana rekord səviyyəyə - 3.6%-ə çatıb. Bu da Yaponiya Bankının (mərkəzi bankın) 2%-lik hədəfindən xeyli yüksəkdir.
Marja.az xəbər verir ki, bu barədə ölkənin Milli İşlər Nazirliyi məlumat yayıb.
Yaponiyada rekord inflyasiya enerji və ərzaq qiymətlərində qlobal artım, eləcə də yenen əhəmiyyətli dərəcədə ucuzlaşması fonunda qeydə alınıb. Qiymət artım templəri hətta istehlak vergisinin artması səbəbindən inflyasiyanın sürətləndiyi 2014-cü ilin göstəricilərini də üstələyib.
Aprel ayından etibarən ölkədə qiymət artım templərinin sürətlənməsi müşahidə olunur.
İnflyasiya ardıcıl yeddinci aydır Yaponiya Bankının 2% olan inflyasiya hədəfini üstələyib. Yaponiya Bankı bazarı stimullaşdırmaq üçün uçot dərəcəsini mənfi səviyyədə saxlayaraq, həddindən artıq yumuşaq pul siyasəti yürüdür. Bu, yenin ucuzlaşmasının əsas səbəblərindən biridir. Qərb ölkələri isə inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini artırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 35 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























