Qarabağda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq
İşğaldan azad olunmuş ərazilərdə fərdi fəaliyyət göstərən fiziki işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılacaq.Parlamentdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
Qanun layihəsi Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanuna təklif edilən dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan sığorta edənlərin və sığorta olunanların əməyinin stimullaşdırılması məqsədi daşıyır. Qanunun 1-ci maddəsinə “Məcburi Dövlət Sosial Sığorta haqlarının subsidiyalaşdırılması” anlayışı əlavə olunur və qanuna yeni 14-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə Məcburi Dövlət Sosial Sığorta haqlarının subsidiyalaşdırılması maddəsi daxil edilir.
Təklif edilən dəyişikliyə görə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığorta edənlərin ödədikləri Məcburi Dövlət Sosial Sığorta haqları tam və ya qismən dövlət büdcəsi hesabına subsidiyalaşdırılır.
Sosial Sığorta haqlarının subsidiyalaşdırılması 2023-2026-cı illərdə 100 faiz, 2026-2029-cu illərdə 80 faiz, 2029-cu ildən 2031-ci ilədək 60 faiz, 2031-ci ildən 2033-cü ilədək 40 faiz miqdarında təmin ediləcəkdir.
Qanundakı digər dəyişikliyə görə işğaldan azad olunmuş ərazilərdə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) bir sıra peşələrdə fəaliyyət göstərən fiziki işçilərin, o cümlədən baytarlıq praktikası ilə məşğul olan şəxslərin ödədikləri sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















