Media: Britaniyada müəllimlər ikinci işi tapmağa məcburdurlar
Müəllimlərin həmkarlar ittifaqının məlumatına görə, Böyük Britaniyada müəllimlər artan yemək xərclərini və borcları ödəmək üçün taksi sürmək, barda işləmək və fərdi repetitorluq da daxil olmaqla ikinci işləri görməyə məcbur edilir.
Böyük Britaniya məktəblərində hər onuncu müəllim ölkədəki çətin iqtisadi vəziyyət fonunda ailəsini dolandırmaq üçün ikinci, hətta üçüncü iş tapmağa məcburdur.
Marja xəbər verir ki, bu barədə bazar günü həftəlik The Observer qəzeti müəllimlərin həmkarlar ittifaqının araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, bir çox müəllim asudə vaxtlarında taksi sürücüsü və barmen kimi əlavə pul qazanmağa başlayıb, həmçinin əlavə fərdi dərslər keçirlər. Çünki onların müəllimlik maaşı aylıq xərclərini ödəmir.
Qeyd olunur ki, illik ifadədə inflyasiya 11%-i ötdüyü halda, Britaniya hakimiyyətinin müəllimlərin maaşlarında 5-8% artım elan etməsi onlara o qədər də kömək etməyəcək.
Daha əvvəl Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi xəbərdarlıq etmişdi ki, Böyük Britaniya Avropanın enerji böhranı nəticəsində 1950-ci illərdən bəri həyat standartlarının ən böyük pisləşməsi riski ilə üzləşir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, oktyabr ayında Böyük Britaniyada inflyasiya illik müqayisədə 11,1 %-ə yüksəlib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir. Bahalaşmada əsas amil kimi elektrik enerjisi tariflərinin artırılması göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
Ən çox oxunanlar

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
