Bonduelle şirkəti Rusiya bazarını tərk etməyəcəyini bildirib
Fransanın "Bonduelle" qida şirkəti çətinliklərə baxmayaraq, Rusiya bazarını tərk etmək niyyətində deyil.
Marja xəbər verir ki, bunu şirkətin baş direktoru Guillaume Debros "BFM Business" telekanalının efirində bildirib.
"Biz vəziyyəti gündəlik olaraq izləyirik. Bizim Rusiyada üç zavodumuz var və ölkədə qalmaq qərarına gəldik, çünki qida, əczaçılıq kimi əsas sektordur. Geosiyasi böhrandan əlavə, biz ərzaq məhsulları böhranının olmasını istəmirik. Bu, bizim məsuliyyətimizdir. Bu zavodlar həm də bizə Mərkəzi Asiyanın bütün dövlətlərini təmin etməyə imkan verir”, - Debros bildirib.
O qeyd edib ki, Rusiyada biznesini davam etdirməyi qeyri-etik hesab etmir.
"Xeyr, mən belə düşünmürəm, çünki bizim missiyamız Rusiya, Qazaxıstan və Orta Asiya əhalisinə qarşı müharibə aparmaq deyil, insanları ərzaqla təmin etməkdir. Əksinə, biz zəruri məhsulların istehsalçısı olaraq bunu təmin etmək istəyirik. Biz beynəlxalq sanksiyalara tam əməl edərək və işləməyin çətin olmasına baxmayaraq, öz missiyamızı davam etdiririk”.
Debros bildirib ki, şirkət öz məhsullarının qiymətlərini artırmağa davam edəcək: "İnflyasiyanın səviyyəsi elədir ki, bu yükü təkbaşına daşıya bilmərik. Biz qiymətləri qaldırmalıyıq və bunu davam etdirəcəyik. İnflyasiya eyni vaxtda enerji qiymətlərinə, qablaşdırmaya, əmək haqqına təsir edir. Bu, son 25 ildə görünməmiş vəziyyətdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
46 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
47 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)










.jpg)









