“Beyləqan Buzxana”nın 45 faizlik səhm paketi özəlləşdirildi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 və 30 noyabr tarixlərində növbəti hərrac keçirilib.
Noyabrın 29-da keçirilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi, 1 nəqliyyat vasitəsi, lot üzrə 6 ədəd su nəqliyyatının mühərriki, 30 noyabr tarixində keçirilən hərracda isə 6 nəqliyyat vasitəsi satılıb.
29 noyabr hərracında “Beyləqan Buzxana” Açıq Səhmdar Cəmiyyətinin 45 faizlik səhm paketi özəlləşdirilib.
30 noyabr tarixində keçirilən hərraca “Azərbaycan Beynəlxalq Bankı”na məxsus avtomobillər çıxarılıb. Keçirilən hərrac rəqabətli olub. Belə ki, “Hyundaı Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 000 manat olsa da, edilən ən son təklif 12 000 manata yüksəlib.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 13, 20 və 27 dekabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 25 dövlət obyekti, 2 helikopter və 38 nəqliyyat vasitəsi çıxarılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























