Nobel mükafatı laureatdan Qusarda maraqlı məruzə - II Beynəlxalq Tələbə Konfransı davam edir
Azərbaycan Respublikasının Qusar şəhərində iyulun 3-də başlayan "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransı davam edir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, konfransın ikinci günündə "Gömrük sahəsində qabaqcıl təcrübələr" mövzusunda ikinci sessiyaya moderatorluq edən Ukrayna Respublikası Gömrük və Maliyyə Universitetinin tədris işləri üzrə prorektoru Yevgen Garmaş mövzu ilə bağlı məlumat verib və bu məsələnin əhəmiyyətindən danışıb.
Günün birinci yarısında keçirilən bu sessiyada ABŞ, Rusiya Federasiyası, Kamboca, Belarus, Macarıstan, Ukrayna və Vyetnam təhsil ocaqları və gömrük xidmətlərinin nümayəndələrinin "Enerji geosiyasəti", "Avrasiya İqtisadi Birliyinin fəaliyyəti çərçivəsində gömrük bəyanetmə prosesinin təkmilləşdirilməsi", "Kamboca gömrüyündə başlıca məsələlər və çağırışlar", "Belarus Respublikasında mədəni sərvətlərə gömrük nəzarəti", "ABŞ-Çin arasında ticarət əlaqələri", "Macarıstan Milli Vergi və Gömrük İdarəsinin Ekspert İnstitutunun Mobil Laboratoriyası ilə birgə həyata keçirilən aksiz nəzarəti tədbirləri", "Silah və sursatların sərhəddən keçirilməsinə nəzarət: Ukraynanın təcrübəsi", "Macarıstan: Milli Vergi və Gömrük İdarəsində və onun sələflərində istifadəsinə icazə verilmiş silahlar", "Gömrük dəyərinə nəzarət və ona düzəlişlərlə bağlı Avropa İttifaqının təcrübəsi", "Avrasiya İqtisadi Birliyi çərçivəsində Səlahiyyətli İqtisadi Operatorun fəaliyyəti" və "Gömrük məsələləri və çağırışlar" adlı məruzələri dinlənilib.
Bu sessiya zamanı konfransın fəxri qonağı - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer Pissaridesin "Robotlar və süni intellekt dövründə fəaliyyət" mövzusunda məruzəsi də maraqla dinlənilib.
Məruzədə robotlar və süni intellekt dövründə insan əməyinin əl formasının sıxışdırılması və ya insanların işsiz qalması təhlükəsinə toxunan alim əmək bazarının gələcəyindən söhbət açıb. Qeyd edilib ki, həqiqətən də ilk vaxtlar sadə mexaniki hərəkətləri icra edən robotlar bu gün sərbəst davranışları ilə insanları çaşqın duruma salır, onları rahatsız edir. Lakin robotların zəif cəhətlərinin də olduğunu diqqətə çatdıran məruzəçi bildirib ki, robotlar insanların duyğularını əvəz edə bilməzlər. Bununla belə, dünyada dayanıqlı iqtisadi artımı təmin etməyin yolları birmənalı olaraq yüksək texnologiyaların tətbiqindən keçir ki, bu da özü ilə bərabər əmək bazarında müəyyən problemləri qaçılmaz edir.
Kristofer Pissarides vurğulayıb ki, məhsuldarlığı artırmaq üçün xidmətlər daha səmərəli göstərilməli, xərclər aşağı salınmalı və məhsulun maya dəyəri optimallaşdırılmalıdır. Texnologiyaların ümumi daxili məhsulun artımına təsirini bir sıra ölkələr üzrə müqayisə edən alim, eyni zamanda, diqqəti həmin ölkələrin iqtisadiyyatının müxtəlif sahələrində texnologiyaların bərabər səviyyədə tətbiq olunmadığına yönəldib.
Nobel mükafatçısı onu da bildirib ki, aqrar sektorda texnologiyaların tətbiqi işçi qüvvəsinə tələbatı xeyli dərəcədə azaltsa da, amma məhsuldarlığın artırılmasına mühüm töhfələr verir. Ümumiyyətlə, yüksək texnologiyaların tətbiqi iqtisadiyyatın müxtəlif sahələrində struktur dəyişikliklərinə səbəb olur və bu da işçi qüvvəsinin əhəmiyyətli hissəsinin xidmət sahələrinə yönəldilməsi ilə nəticələnir.
Sonra alim konfrans iştirakçılarının xüsusi maraqla qarşıladığı bu mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.
Bundan başqa, konfransda, ikinci sessiyanın davamı olaraq, Vyetnam, Rusiya Federasiyası, Ukrayna və Macarıstan təhsil ocaqlarının nümayəndələri "Gömrük əməliyyatları ilə bağlı çağırışlar və risklərin idarə edilməsi", "Avrasiya İqtisadi Birliyi ölkələrində gömrük orqanlarının idarəetmə sisteminin müqayisəli təhlili", "Gömrük infrastrukturunun inkişafı üçün sərmayələrin cəlb edilməsi mexanizmi" və "Macarıstanın Avropa İttifaqına qoşulması ilə əlaqədar əlavə dəyər vergisinin və ona dəyişikliklərin tətbiq edilməsinin rolu" adlı məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti, professor Deyvid Uiddousonun moderatorluğu ilə "Gömrük-biznes tərəfdaşlığı" mövzusunda üçüncü sessiya üzrə işini davam etdirib.
Bu sessiyada isə Ukrayna, Çin, Makedoniya, Özbəkistan, Polşa və Rusiya Federasiyası təhsil ocaqlarının nümayəndələrinin "Səlahiyyətli İqtisadi Operator Ukraynada gömrük-biznes əməkdaşlığının bir forması kimi", "Sertifikatlaşdırma standartları baxımından Çin gömrüyünün səlahiyyətli iqtisadi operator sistemi üzrə gömrük-biznes əməkdaşlığının şərhi" "Çağdaş gömrük-biznes nailiyyətlərində qlobal dəyər zəncirlərinin rolu", "Gömrük idarəsinin biznes cəmiyyəti ilə əməkdaşlığı", "Gömrük idarəsi və biznes cəmiyyəti arasında malların ticarətinin asanlaşdırılması sahəsində əməkdaşlıq. Polşada qabaqcıl təcrübələr" və "Gömrük-biznes tərəfdaşlığının müasir üsulları" adlı məruzələri, eləcə də İran Gömrük Xidməti əməkdaşının "Sərhəd-keçid ticarəti üzrə "bir pəncərə" sisteminin yaradılmasının İran İslam Respublikası Gömrük İdarəsinin fəaliyyətinə təsirinin araşdırılması" mövzusunda çıxışı dinlənilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 6 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















