Dərman idxal edən şirkətlərdən Gömrüyə şikayət
"Dərmanı idxal edən şirkətlər Gömrüyə şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur?"“Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var. Amma hansı miqdarda gətirilə bilər?”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur. Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar. Amma buna diqqət yetirmək lazımdır ki, ölkəyə bütün dərman vasitələri gəlir. Dərmanı idxal edən şirkətlərsə bu zaman gömrük orqanlarına şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur? Hər bir halda çalışırıq ki, qanunvericilik normalarına riayət edək. Hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə birgə zəruri ehtiyacların ödənilməsi üçün dərmanların həddini, miqdarını müəyyənləşdirmək üzrə işlərə başlamışıq. Yaxın vaxtlarda layihə hökumətə təqdim olunacaq”, - Şahin Bağırov qeyd edib.
XXX
Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilməsi istiqamətində iş aparır.
Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək", - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























