Dövlət Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə piştaxtaları söküb
“8-ci kilometr Ticarət Mərkəzi” xəbərdarlığa məhəl qoymayıb.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən (DYNX) verilən xəbərə görə, bu ilin aprel ayında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38K ünvanında yerləşən “8-ci kilometr Ticarət Mərkəzi”nin ərazisində plan üzrə yoxlama keçirilərək aşkar edilən pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati cərimə tətbiq edilib.
Bununla belə, oktyabr ayında aparılan təkrar yoxlama zamanı bir sıra pozuntuların aradan qaldırılmadığı məlum olub. Bu səbəbdən, yenidən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tətbiq edilib və inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında ticarət mərkəzinin rəhbərliyinə təqdimat verilib.
Yoxlamalar zamanı aşkar edilmiş ciddi pozuntulardan biri də yanğına qarşı su hovuzunun üzərində piştaxtaların quraşdırılması olub. Sahibkarlar onlara verilmiş müddət ərzində qanuni tələblərin icrasına səhlənkar yanaşaraq, pozuntuları aradan qaldırmadıqlarına görə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sahibkarlara son xəbərdarlıq edilərək inzibati xətanın törədilməsinə kömək edən səbəblərin və şəraitin aradan qaldırılması üçün 20 gün əlavə vaxt verilib. Həmçinin, sahibkarlarla maarifləndirici söhbət aparılaraq, onlara yanğınsöndürmə texnikasının yanğın su hovuzundan su götürmək imkanının məhdudlaşdırılmasının faciəvi nəticələr doğura biləcəyi diqqətə çatdırılıb, sözügedən yerdə quraşdırılmış piştaxtaların ləğv edilməsi tələb kimi qoyulub.
Artıq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazidə yanğın su hovuzunun üzərində piştaxtaların söküntüsü işlərinə başlanılması və yanğınsöndürmə texnikalarının hovuzdan su götürməsi imkanı təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



