“Qantas Airways” aviaşirkətinə məxsus təyyarə Bakı hava limanına qəza enişi edib
Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin "Airbus A380" təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.
Bakı aeroportunda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.
Qeyd edək ki, "Airbus A380" iki göyərtəli və dünyanın ən geniş sərnişin təyyarəsidir.
Xatırladaq ki, bu, A380 təyyarəsinin kapitanlarının Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdikləri ilk qəza eniş sorğusu deyil. Dünyanın hər hava limanı belə böyük təyyarəni qəbul etmək imkanına malik deyil - bunun üçün kifayət qədər uzun və davamlı uçuş-enmə zolağı və təyyarəyə xidmət göstərmək üçün zəruri avadanlıq mövcud olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)










