Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dubaydakı Al-Maktum aeroportunu dünyada ən böyük hava limanına çevirmək istəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dubaydakı Al-Maktum aeroportunu dünyada ən böyük hava limanına çevirmək istəyirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Dubaydakı Al-Maktum aeroportunu genişləndirməyi və onu dünyada ən böyük hava limanına çevirməyi planlaşdırırlar.

Xarici kütləvi informasiya vasitələri xəbər verir ki, aeroportun yenidən qurulması layihəsi BƏƏ hökumətinin saytında dərc edilib.

Hava limanının genişləndirilməsi işlərini 2027-ci ilə qədər tamamlamaq nəzərdə tutulur. Bundan sonra liman ildə 260 milyona qədər sərnişinə xidmət edə biləcək. Sahəsi təqribən 65 kvadrat kilometr olan ərazidə beş uçma-enmə zolağı yerləşdiriləcək.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı da paytaxt aeroportunun genişləndiriləcəyini elan edib. Həmin plana görə, Ər-Riyad hava limanı 2030-cu ildən etibarən hər il 120 milyona yaxın sərnişin qəbul edə biləcək və beləliklə, dünyada ən iri aeroportlardan birinə çevriləcək.

11.01.2023 15:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18