"Unicapital"dan bazarların həftəlik analizi
Daxili Bazar
11-12 yanvar tarixlərində AR Mərkəzi Bankının notlarının hərracları keçirilmişdir. Notların gəlirliliklərində artım müşahidə edilmişdir. Belə ki, hər biri 45 milyon AZN həcmində olan 28 günlük və 84 günlük notlarda gəlirliliklər müvafiq olaraq, 6.17%-dən 6.32%-ə və 6.24%-dən 7.38%-ə yüksəlmişdir. 168 və 252 günlük hərracların hər birində 15 milyon AZN yerləşdirilmişdir və bu notlarda da gəlirlilik artmış, 168 günlük notlarda 8.00%-dən 8.16%-ə, 252 günlük notlarda isə 8.44%-dən 8.91%-ə yüksəlmişdir.
17 yanvar tarixində AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində, faiz dərəcəsi 6.00% olan (bundan öncə 4.50% idi) 2 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən dəfə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı 9.26% orta ölçülmüş və 9.99% kəsmə gəlirliliklə nəticələnmişdi.
Ötən həftə AR Mərkəzi Bankı pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi üçün məcburi ehtiyat normalarına dəyişiklik etmişdir. Məcburi ehtiyat normaları milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5% və xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6% müəyyən edilmişdir.
Xarici bazarlar
Ötən həftə ABŞ-da inflyasiya məlumatı açıqlandı. İnflyasiya analitiklərin gözləntilərinə uyğun olaraq 6.5% açıqlandı. Xatırladaq ki, noyabr ayında illik inflyasiya 7.1% təşkil etmişdi. Bu məlumatın açıqlanmasından sonra ABŞ dolları digər valyutalar qarşısında zəifləyib və səhm bazarında canlanmalar müşahidə edilib.
13 yanvar tarixində Rusiyada da inflyasiya dərəcəsi açıqlanıb. Dekabr ayında illik inflyasiya Rusiyada 11.98%-dən azalaraq 11.94%-ə düşmüşdür. Bloomberg analitiklərinin gözləntisi inflyasiyanın artması, 12.20%-ə yüksəlməsi istiqamətində idi.
Türkiyə bu həftə uçot faiz dərəcəsini açıqlayacaq. Gözləntilərə əsasən uçot faiz dərəcəsi dəyişdirilməyərək 9.00% saxlanılacaq. Xatırladaq ki, Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 84.39%-dən 64.27%-ə düşmüşdür.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







