"Rusiya iqtisadiyyatında 20% azalma proqnozlaşdırırdılar, amma 2,5 faiz kiçildi" - PUTİN
Prezident Vladimir Putin hökumətlə iqtisadi məsələlərlə bağlı iclas keçirib. O, 2022-ci ildə Rusiya iqtisadiyyatının faktiki dinamikasının bir çox proqnozlardan daha yaxşı olduğunu bəyan edib. Prezident bildirib ki, 2022-ci ildə Rusiyanın ÜDM-i ilkin məlumatlara görə 2,5% azalıb, halbuki, 20%-ə qədər azalma isə proqnozlaşdırılırdı.
İlkin məlumata görə, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ildə 2,5% azalıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
"İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiyanın ÜDM-i cəmi 2,1% azalıb. Bəzi ekspertlər 10%, 15% və hətta 20% azalma proqnozlaşdırırdılar. İlkin məlumata görə, 2022-ci ildə Ruiya iqtisadiyyatı 2,5% azalıb”.
Prezident əlavə edib ki, artıq ötən ilin üçüncü və dördüncü rübündə iqtisadiyyatda ikinci rübdəki kəskin azalma ilə müqayisədə artım qeydə alınıb. O, müsbət tendensiyanı dəstəkləmək və möhkəmləndirmək barədə tapşırıqlar verib.
Vladimir Putinin sözlərinə görə, 2022-ci ildə ölkədə inflyasiya 11,9% təşkil edib ki, bu da hökumətin proqnozlarından az olub, 2023-cü ilin ikinci rübündə isə bu rəqəm 4%-lik hədəfdən aşağı düşə bilər.
“İnflyasiya vətəndaşların gəlirlərinə birbaşa təsir edir. Bu il biz real əmək haqqının artırılmasında və Rusiya ailələrinin rifahının yaxşılaşdırılmasında nəzərəçarpacaq nəticələr əldə etməliyik”, - deyə Putin bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
27 d. əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
29 d. əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
-
33 d. əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 46 d. əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
3 saat əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Son Xəbərlər

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır
