"Muğanbank"ın əməliyyat mənfəəti 11 dəfədən çox artıb
"Muğanbank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Muğanbank" ASC 2022-ci ili 57 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 1 milyon 552 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması Bankın əməliyyat mənfəətinin böyük hissəsini ehtiyatın yaradılmasına yönəltməsi ilə əlaqədardır. Ötən il "Muğanbank"ın gəlirləri artıb, əməliyyat mənfəəti 11 dəfə çox olub.
Belə ki, ötən il "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 86 milyon 11 min manat (+37,2% və ya 23299 min manat), cəmi əməliyyat xərcləri 69 milyon 449 min manat (+13,4% və ya 8229 min manat), gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 562 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Muğanbank"ın cəmi əməliyyat gəlirləri 62 milyon 712 min manat, cəmi əməliyyat xərcləri 61 milyon 220 min manat, əməliyyat mənfəəti 1 miylon 492 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 60 min manatın hesabına mənfəət 1 milyon 552 min manata yüksəlmişdi.
"Muğanbank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 11,1 dəfə çox artıb. Artımın səbəbi gəlirlərin artmasıdır. Gəlirlərin artması xərclərin artmasından 15 milyon 70 min manat çox olub.
"Muğanbank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 12,8% və ya 90 milyon 886 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 799 milyon 338 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi.
"Muğanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 13,1% və ya 52 milyon 710 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 453 milyon 771 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 401 milyon 61 min manata çatmışdı.
Ötən il "Muğanbank"ın istehlak kreditləri portfeli 14 milyon 972 min manat artaraq 44 milyon 587 min manata, biznes kreditləri portfeli 31 milyon 251 min manat artaraq 295 milyon 121 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 488 min manat artaraq 114 milyon 49 min manata yüksəlib.
"Muğanbank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 23,9% və ya 94 milyon 905 min artaraq 31 dekabr 2022-ci il tarixində 491 milyon 756 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 396 milyon 851 min manat cəmi depozitlərə malik idi. Ötən il "Muğanbank"da fiziki şəxslərin depozitləri 113 milyon 837 min manat artaraq 394 milyon 655 min manata çatıb.
31 dekabr 2022-ci il tarixində "Muğanbank"ın 103 milyon 164 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 101 milyon 865 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 43 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
3 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb





















.jpg)
