Yumşaq polimer qablaşdırma məhsulları istehsal edəcək zavodun tikintisi yekunlaşır - 7 MİLYON SƏRMAYƏ
Yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsində işlərin təqribən 90%-i yekunlaşıbİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AK PACK” MMC-nin yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, hazırda müəssisədə avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb, yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək.
İtaliya və Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə 2 istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək.
İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, “AK PACK” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
