“NEXUS” komandası Fransada beynəlxalq hakatonun qalibi olub
"Azərkosmos"un əsas tərəfdaşı olduğu “ActInSpace 2022” layihəsində 1-ci yer tutmuş Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar üzrə hakatonun qalibi olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tələbələr həm hakatonun “Qran-Pri”sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.
“NEXUS” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Qran-Pri” mükafatı olaraq “Airbus 310 Zero G” ilə çəkisizlik şəraitində uçuş imkanı qazanıblar.
“NEXUS” komandasının digər təltifi – Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən, yaxud enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsulları, xidmətləri inkişaf etdirməyə çağırır.
“ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan, kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.
Xatırladaq ki, Azərkosmosun əsas tərəfdaşlığı ilə keçirilən “ActInSpace 2022” hakatonunda qurumun peşəkar mütəxəssisləri komandaların mentorları olaraq iştirak ediblər. Azərkosmosun əməkdaşları komanda üzvlərinə kosmik texnologiyaların imkanları, qarşıya qoyulan tapşırıqların formalaşdırılması və sonlandırılması ilə bağlı tövsiyələr veriblər. Sonda Azərkosmos nümayəndələrinin də yer aldığı münsiflər heyəti innovativ və real həllər təklif edən komandaları müəyyən edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 d. əvvəl
- 6 d. əvvəl
- 9 d. əvvəl
-
34 d. əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
-
2 saat əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
Ən çox oxunanlar
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub






.jpg)
.jpg)




.jpg)








