Rusiya müharibəsi Almaniyaya 100 milyard avro avro ziyan vurub
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Marsel Fratzscher Rusiya-Ukrayna müharibəsi və sonrakı enerji böhranının 2022-ci ildə Almaniya iqtisadiyyatına 100 milyard avroya başa gəldiyini açıqlayıb.
Almaniya İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Marsel Fratzscher (Marsel Fratşer) Almaniya mətbuatına verdiyi açıqlamada, Almaniyanın digər Avropa ölkələrinə nisbətən Rusiya qazından daha çox asılı olduğunu və bu səbəbdən ölkə iqtisadiyyatının müharibədən daha çox mənfi təsir gördüyünü bildirib.
Marja xəbər verir ki, enerji böhranının davam edəcəyi təqdirdə Almaniyanın iqtisadi itkisinin artacağı ilə bağlı xəbərdarlıq edən Fratşer, Rusiya-Ukrayna müharibəsi və sürətlə böyüyən enerji böhranının 2022-ci ildə ölkə iqtisadiyyatına 100 milyard avro ziyan vurduğunu və bu məbləğin ümumi milli məhsulun 2,5 faizə bərabər olduğunu qeyd edib.
Sənayesi təbii qazdan çox asılı olan Almaniya 2021-ci ildə təxminən 142 milyard kubmetr qaz idxal edib.
Almaniya kansleri Olaf Şolz fevralın 17-də keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransında ölkəsinin kontinental Avropada Ukraynanın ən böyük hərbi dəstəkçisi olduğunu vurğulayıb və Almaniyanın Ukraynaya dəstəyinin uzun müddət davam edəcəyini qiymətləndirib..
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 d. əvvəl
-
37 d. əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 41 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazlar ticarətə buraxılır - HƏRRAC TARİXİ
-
2 saat əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək
Ən çox oxunanlar

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
