Yüklərin Bakıdan Dammam və Daşkəndə daşınması üçün reyslər açılır
Azərbaycanın "Silk Way West Airlines" şirkəti həftədə iki dəfə Səudiyyə Ərəbistanının Dammam şəhərinə, habelə Özbəkistanın paytaxtı Daşkəndə həyata keçirilən müntəzəm yükdaşıma reysləri vasitəsilə şəbəkəsini Yaxın Şərq və Mərkəzi Asiya regionlarına genişləndirir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu müntəzəm reyslər yüklərin Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa olaraq Dammamdakı Kral Fahd Beynəlxalq Hava Limanına və Daşkənd Beynəlxalq Hava Limanına çatdırılmasına imkan verəcək.
Bu limanların hər ikisi öz regionlarında ən mühüm beynəlxalq hava yük keçidləri sırasındadırlar.
Son on il ərzində "Silk Way West Airlines" hər iki istiqamətə ildə bir neçə dəfə çarter reysləri ilə tekstil, avtomobil, tez xarab olan mallar və digər yüklərin daşınması xidmətini göstərir.
"Dammam və Daşkənd istiqamətində bu marşrutların açılması ilə aviaşirkət Yaxın Şərq və Asiya kontinental yükdaşıma şəbəkəsindəki rolunu gücləndirəcək və həm yerli, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımaları xidmətlərinin keyfiyyətini artıracaq. Həmçinin yeni marşrutlar "Silk Way West Airlines" şirkətinin qlobal şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirərək və artan beynəlxalq tələbata xidmət edərək, strateji məqsədlərinə nail olmağa imkan verəcək",- Şirkətin məlumatında bildirilir.
"Silk Way West Airlines" şirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov bu reyslərin strateji əhəmiyyətini vurğulayaraq, qeyd edib: "Yaxın Şərq və Orta dəhliz istiqamətləri üzrə daşımalara tələbat artmaqda davam edir. Bunun nəticəsində Azərbaycanın mərkəzi logistika qovşağı kimi əhəmiyyəti artır. Biz çox şadıq ki, indi biz müştərilərimizə Bakıdan Dammam və Daşkəndə müntəzəm uçuşlar təklif edə bilirik. "Silk Way West Airlines" bütün dünyada müştərilərimizə göstərdiyimiz xidmət səviyyəsini daha da yüksəltmək üçün həyata keçirdiyimiz uçuşların, eləcə də xidmət göstərdiyimiz istiqamətlərin sayını artırmağa davam edəcək”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı


















.jpg)
