Bakının mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir. Qeyd edilib ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.
Bu barədə BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılması və parklarda cari təmirlə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Eyni zamanda, qış mövsümündə zədələnmiş qazon örtüyünün landşaft dizaynı, bərpası və yenilənməsi, yeni gül və bitkilərin əkilməsi işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.
Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər.
Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir. Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Həmçinin, yazın gəlişi ilə əlaqədar “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə Bakıda iməciliyin keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti idarə və müəssisə kollektivlərinə, sahibkarlara, paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək onları iməclikdə fəal iştirak etməyə çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
8 d. əvvəl
Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib
-
13 d. əvvəl
AFB Bank müştərilərinə tam onlayn – “Başdan Başa” kredit layihəsini təqdim edir
-
31 d. əvvəl
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
-
56 d. əvvəl
Hökumətin 2026- 2029-cu illər üzrə dollar/manat proqnozu məlum oldu
-
56 d. əvvəl
Azərbaycanda inflyasiyanın tədricən azalacağı proqnozu verilib
-
1 saat əvvəl
2029-un sonunadək Azərbaycan iqtisadiyyatının həcminin 100 milyard dollara çatmayacağı gözlənilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın dövlət borcu üzrə xidmət xərclərinin 2 dəfəyə yaxın artacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər

Azərbaycanda inflyasiyanın tədricən azalacağı proqnozu verilib

Sentyabrın 17-də gözlənilən hava şəraiti

Azərbaycanın dövlət borcu üzrə xidmət xərclərinin 2 dəfəyə yaxın artacağı gözlənilir
Ən çox oxunanlar

Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılması üçün danışıqlar aparır

Bakıda və regionlarda leysan olacaq

“Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi

"Avropa Rusiyanın neftini alan ölkələrə tətbiq edərsə, Ukrayna münaqişəsi 2-3 ay ərzində başa çata bilər"

Əliyev Ərəb Əmirliklərinin Prezidentini Füzulidə qarşılayıb

Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Azərbaycan dövləti 2026-2029-cu illərdə borcunu 6,6 milyard manat artırmağı nəzərdə tutur
