Birjalarda son vəziyyət
Avropada proqnozların çox üzərində açıqlanan inflyasiya göstəriciləri fonunda ötən həftənin sonuna doğru ucuzlaşan və həftəni enişlə tamamlayan dollar indeksində (DXY) tendensiyanın necə formalaşacağında bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP” rəqəmləri, eləcə də Avrozonada, İngiltərədə və Yaponiyada dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair rəqəmlər həll edici rol oynaya bilər.
Vurğulamaq istərdik ki, ötən həftənin cümə günü ticarət həftəsinin sonuna doğru ABŞ Federal Ehtiyatlar Sisteminin faiz artımlarını hələ uzun müddət davam etdirəcəyinə dair ehtimallar daha da qüvvətləndi. Beləki, FED inflyasiyanın azaldılması istiqamətində qərarlı olduğunu bir daha bəyan edərək, faiz artımlarının davam etdirilməsinin məqsədəuyğun olacağını bildirib.
FED-in ABŞ Konqresi üçün hazırladığı və ildə iki dəfə Konqresə təqdim etdiyi yarımillik Pul Siyasəti Hesabatının mart sayı dərc olunub.
Fed sədri Jerom Pavelin bu həftə Konqresə təqdim edəcəyi hesabatda keçən ilin iyun ayı bəri bir il əvvəlki rəqəmlərlə müqaiyəsədə görə əhəmiyyətli maliyyə şərtləri və şəraitinin olduqca daha sərt olduğu bildirilib.
Hesabatda keçən ilin ortalarından etibarən tədarük kəsintilərinin azalması və enerji qiymətlərinin ucuzlaşması nəticəsində inflyasiyanın yavaşladığına diqqət çəkilsə də, inflyasiyanın Federal Açıq Bazar Komitəsinin (FOMC) 2%-lik hədəfinin çox üzərində qaldığı qeyd edilib.
EUR
Ötən həftə Avrozonada və Almaniyada açıqlanan inflyasiya və əmək bazarına dair göstəricilər, həmçinin cümə axşamı dərc olunan Avropa Mərkəzi Bankının son toplantısının protokolları avronun dollar qarşısında bahalaşmasına dəstək oldu. Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair göstəricilər, xüsusilə də “NFP” rəqəmləri qroqnozları qabaqlasa, EURUSD məzənəsi yenidən eniş tendensiyasını bərpa edə bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın həftənin çərşənbə və cümə günləri baş tutması gözlənilən çıxışları da investorların diqqət mərkəzində olacaq.
GBP
Ötən həftəni 1.2040 hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair statistik göstəricilər ciddi təsir edə bilər.
GOLD
DXY-ın 104.85 bənd hədlərində müqavimətlə qarşılaşaraq geriləməsi fonunda qızıl 1855$-a kimi bahalaşdı. Təhlillərə əsasən bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair göstəricilər, xüsusilə də “NFP” rəqəmləri qroqnozları qabaqlasa, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1841$-a və 1830$-a kimi ucuzlaşa bilər.
Qeyd edək ki, bu həftə həmçinin Yaponiya və Avstraliya Mərkəzi Banklarının faiz qərarları və keçiriləcək mətbuat konfransları, eləcə də Yaponiyada dərc olunacaq ÜDM göstəriciləri dolların major valyutalar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
3 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
3 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
3 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























