Dünyanın böyük investisiya şirkətindən "Ərdoğan seçkini uduzsa ssenarisi"
Təxminən 7,1 trilyon dolları idarə edən investisiya şirkəti " Vanguard", Türkiyə ilə bağlı seçki təhlilində hökumətin dəyişəcəyi təqdirdə Türkiyə istiqrazlarının çox qazanclı ola biləcəyini qeyd edir. “Ərdoğan uduzarsa, Türkiyə istiqrazları çox qazanclı ola bilər. Əgər Ərdoğan qalib gəlsə, çox güman ki, ənənəvi olmayan faiz siyasətini və kredit ekspansiyasını davam etdirəcək və bu halda, çox güman ki, xarici maliyyə çatışmazlığı geniş miqyasda qalacaq. Ərdoğanın uduzduğu ssenaridə valyuta istiqrazları ən yaxşı variantlardan biri ola bilər. Çünki yeni iqtidarın dövründə çox güman ki, məzənnə düşməli olacaq (Türk Lirəsi bahalaşacaq, ABŞ dolları ucuzlaşacaq - red).
Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Vanguard Group", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 ildə ilk dəfə seçkini uduzması halında Türkiyənin istiqraz bazarında böyük potensialın ortaya çıxacağını proqnozlaşdırıb.
Marja xəbər verir ki, təxminən 7,1 trilyon dolları idarə edən Vanguard Group Inc-in İnkişaf Etməkdə Olan Bazarlarda Sabit Gəlirli Qiymətli Kağızlar Departamentinin rəhbəri Nik Eisinger, may ayında keçiriləcək prezident seçkisindən əvvəl Türkiyə üçün bəzi "çəki azaltmaq" mövqeləri bağlamağa başladıqlarını bildirib.
Bu addım "Vanguard"ı Ərdoğan dövrünün sona çatması ehtimalı üçün mövqe tutan investorlar sırasına daxil edir. Xarici investorlar lirədəki aktivlərini rekord səviyyəyə endirirlər. Son 5 ildə istiqraz və səhm bazarlarında 60 milyard dollarlıq xaricə axın olub.
Bloomberg-ə danışan Eisinger, “Ərdoğan itirərsə, Türkiyə istiqrazları çox qazanclı ola bilər. Ərdoğan qalib gəlsə, çox güman ki, ənənəvi olmayan faiz siyasəti və kredit ekspansiyasına davam edəcək və o zaman xarici maliyyə çatışmazlığı böyük miqyasda qalacaq”, deyib.
Ərdoğanın yüksək faizlərin inflyasiyanın səbəbi olduğu tezisi ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2018-ci ildən bəri faiz dərəcələrini aşağı səviyyədə saxlayıb. Bu siyasətin əks təsiri olaraq yüksək inflyasiya, lirənin zəifləməsi və lirədəki alətlərə "iştahın" getdikcə azalması əcnəbilərin ölkəni tərk etməsi ilə nəticələnib.
“Altılı masa” kimi tanınan müxalifətin Millət bloku bu həftənin əvvəlində CHP lideri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd elan edib. Kılıçdaroğlu deyir ki, onlar Ərdoğanın siyasətini tərsinə çevirəcəklərinə söz verirlər, mərkəzi bankın müstəqilliyini və iqtisadi problemlərə daha bazar dostu yanaşmanı mənimsəyəcəklər.
Eisinger deyib ki, müxalifət seçkidə qalib gələrsə, məzənnənin düşməsinə icazə veriləcək.
Türkiyə hakimiyyəti son altı ayda lirəni tədricən ucuzlaşma xəttində nəzarətdə saxlayıb.
Eisenger, “Ərdoğanın uduzduğu ssenaridə valyuta istiqrazları ən yaxşı variantlardan biri ola bilər. Yeni iqtidarın dövründə çox güman ki, Dollar/TL məzənnəsi düşməli olacaq (Lirə bahalaşacaq, dollar ucuzlaşacaq - red)”, -deyib.
"RBC Global Asset Management Fund"da menecer Laurence Bensafi eyni şeyin səhm bazarı üçün də keçərli ola biləcəyinə inanır.
"Sorğular müxalifətin irəlidə olduğunu göstərməyə başlasa, bəzi xarici investorlar geri qayıdacaqlar",- Bensafi deyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 2 d. əvvəl
-
- 27 d. əvvəl
-
33 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 52 d. əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
