Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı
Ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni meşələrin, yaşıllıq zonalarının salınması bu sahədə mühüm vəzifələr kimi icra olunmaqdadır.
Mərkəzi bankın yaydığı məlumatda bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha darindən dərk edilməsinə, bütövlükdə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























