"ABŞ artıq qeyri-müəyyən miqdarda dollar çap edə bilməz"
Rusiyaya qarşı sanksiyalar ABŞ-ı qeyri-müəyyən miqdarda dollar çap etmək imkanından məhrum edir
Rusiyaya qarşı sanksiyalar bir çox ölkələri dollardan imtina etməyə vadar edir, buna görə də Birləşmiş Ştatlar öz valyutasını qeyri-məhdud miqdarda çap etmək imkanından məhrum olur.
Marja xəbər verir ki, bunu köşə yazarı Cey Nyuman "New York Post" üçün məqaləsində bildirib.
Anti-Rusiya sanksiyalarının bir çox ölkələrin dollardan imtina etməsinə səbəb olduğunu və bunun Amerikanın beynəlxalq arenadakı mövqeyinə güclü zərbə vurduğunu qeyd edən Nyuman belə qənaətə gəlib ki, “dolların qeyri-məhdud miqdarda çap edilməsinin mümkün olduğu dövr başa çata bilər və bununla da ABŞ-ın xarici malları ucuz qiymətə almaq imkanı keçmişdə qalacaq".
O, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yüzdən çox ölkənin dəstəkləmədiyini və bu baxımdan mal satmaq üçün başqa valyutalardan istifadə edən iqtisadi koalisiyaların yarandığını vurğulayıb. Dollara alternativin olmaması isə onun fikrincə, illüziya olub.
"Ölkələr arasında ticarətdə milli valyutalardan istifadə həm dollara tələbin, həm də dolların dəyərinin azalmasına səbəb olur ki, bu da qiymətlərin tədricən artması deməkdir", - Nyuman izah edib.
Müşahidəçinin fikrincə, dolların ucuzlaşması ilə ABŞ beynəlxalq aləmdə çəkisini itirəcək, həm də “borc dəliyi”nə düşmə riski ilə üz-üzə qalacaq. Nyumanın fikrincə, bu ssenaridən qaçmaq üçün Vaşinqton, strateji rəqiblərinin sayını azaltmalı və birdəfəlik öz iqtisadiyyatında nizam-intizam yaratmalıdır.
"ABŞ-ın tətbiq etdiyi sanksiyalar özünə zərər verir"
ABŞ-ın həddindən artıq sanksiyaları təkcə rəqiblərə deyil, həm də Vaşinqtona ziyan vuraraq onu zəiflədir.
Marja xəbər verir ki, bunu Çin qəzeti "Global Times" yazır.
Məqalədə qeyd edilir ki, “ABŞ dünya siyasətinə müdaxilə edir, hamıya hakim olmağa çalışır”, baxmayaraq ki, ABŞ-ın gücü və nüfuzu “çox şişirdilib və ölkə qaçılmaz olaraq nəzarəti itirəcək”.
Materialın müəllifləri vurğulayırlar ki, Birləşmiş Ştatlar xarici siyasətində həddən artıq hərbi gücə və sanksiyaların effektivliyinə arxalanır, lakin bu alətlərin imkanları məhduddur, ona görə də onlardan sui-istifadə Amerikanın öz resurslarını tükəndirəcək.
SVB, Signature Bank və Silvergate bankları ilə bağlı vəziyyətə toxunan müəlliflər iddia edirlər ki, bu bankların müflisləşməsi ABŞ-ın bütün maliyyə və texnoloji sektorunu təhdid edir.
Müəlliflər belə qənaətə gəlirlər ki, Vaşinqtonun istifadə etdiyi üsullar özünə zərbədir, çünki həddindən artıq gərginlik səbəbindən müxtəlif rıçaqlar qırıla bilər.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
- 24 d. əvvəl
-
- 49 d. əvvəl
-
55 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
