Bakı və regionlarda yeni elektronika mağazaları açılacaq - YENİ ŞİRKƏT
"ELİT. EO" MMC şirkəti Bakı və regionlarda (Şəki, İsmayıllı, İmişli, Cəlilabad, Masallı) yeni elektronika mağazaları açacaq.
Marja.az xəbər verir ki, mağazalar "Elit Optimal" adı altında istifadəyə veriləcəkdir.
Əvvəllər "Optimal" adı ilə fəaliyyət göstərmiş mağazalar da yenilənir. Fəaliyyətini dayandırmış "Optimal" mağazaları "Elit Optimal" adı ilə fəaliyyətini davam etdirəcəklər.
"Mağazalarımız hal-hazırda yenilənir. Qısa zamanda yenidən fəaliyyətə başlayacaq",- Şirkətdən bildirilib.
Qeyd edək ki, "ELİT. EO" MMC 05.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan şirkətin ditektoru Lado Jobava-dır. "ELİT. EO" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, ev 4/189-dur.
Qeyd edək ki, əvvəllər "Optimal" mağazalar şəbəkəsinə "Optimal Elektronika" şirkəti nəzarət edirdi. Bildirilirdi ki, “Optimal Elektronika” MMC şirkəti 1997-ci ildə yaranmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Toshiba, Simfer, Carrier, Singer, Eksen, Aldora (mebel), Konfor (mebel) brendlərinin rəsmi distribyutorudur.
Yeni istifadəyə verilmiş elitoptimal.az saytında mağazaların sahibinin "ELİT. EO" MMC ("Elit Optimal Elektronika") olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 13 d. əvvəl
- 17 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)


