PAŞA Holding “Qobu-2” yaşayış kompleksindəki çətinliklərin həllinə dəstək göstərməyə hazır olduğunu bildirdi
Korporativ Sosial Məsuliyyət PAŞA Holding-in strategiyasının mərkəzində qalmaqdadır. PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.
(®) 2023-cü ildə PAŞA Holding öz cari strateji dövrünün son ilinə daxil olub. Hazırda şirkətin prioritetlərindən biri 2024-2026-cı illəri əhatə edəcək yeni strategiyanın hazırlanmasıdır.
Cari strateji dövrdə olduğu kimi, növbəti dövrdə də İnsan Kapitalının inkişafı, Korporativ Sosial Məsuliyyət (KSM) və İnnovasiyaların PAŞA Holding-in diqqət mərkəzində olması gözlənilir. Hazırda şirkətin KSM strategiyası çoxşaxəlidir, səhiyyə, təhsil, mədəni irs və ətraf mühitin qorunması kimi digər sahələri əhatə edir. Bu sahələrə aid layihələr arasında “Əsl gələcək”, “SabirArt”, “Rəqəmsal dövlət”, “Bağlı Vətən”, “Təmiz sahil”, “Yaşıl dünya”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Şəhid ailələrinin uşaqlarına psixoloji yardım”, “Ana-sahibkar”, “Qəhrəman övladlarıyıq”, “Autizmli uşaqlara adaptasiya dəstəyi”, “Əlaçı” və bu kimi onlarla digər layihə mövcuddur.
Bütün dünyanı təşvişə salan “COVID-19” pandemiyası zamanı da PAŞA Holding sosial məsuliyyətini dərk edərək çağırışlara cavab verən ilk şirkətlərdən oldu. Belə ki, “COVID-19” pandemiyasının ən şiddətli dönəmində PAŞA Holding tərəfindən modul tipli xəstəxanaların inşası, xarici ölkələrdən həkimlərin ölkəmizə cəlb olunması, eləcə də koronavirusla mübarizə fonduna dəstəyin göstərilməsi kimi fəaliyyətlər icra edilib. PAŞA Holding eyni zamanda Qarabağda infrastruktur obyektlərinin, eləcə də ekoloji durumun bərpası prosesində də iştirak etməkdədir. Şirkətin dəstəyi ilə hazırda Şuşa, Zəngilan və Ağdamda məscidlərin bərpası və yeni infrastruktur obyektlərinin inşası həyata keçirilir. Eyni zamanda, İkinci Qarabağ Müharibəsi iştirakçılarına, eləcə də qazi və şəhid ailələrinə dəstəyin göstərilməsi şirkətin diqqət mərkəzindədir.
Bununla yanaşı, KSM strategiyası çərçivəsində PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, PAŞA Holding eyni zamanda çoxsaylı məktəb və baxçaların da tikintisini maliyyələşdirməkdədir. Bundan əlavə, şirkət əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş yaradıcılıq mərkəzinin inşa edilməsinin maliyyələşdirilməsində də iştirak edib. Holdinq həmçinin, gündəlik əsnada yardım məqsədilə daxil olan fərdi müraciətlər əsasında da yardıma ehtiyacı olan şəxslərə dəstək olmağa davam etməkdədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat sonra
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
11 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
13 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
14 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
14 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
