"Təqaüdçülərin sayı artır, pensiya yaşı uzadılmalıdır"
Makron: "Pensiya islahatları məni də sevindirmir, amma məcburam"Fransa prezidenti Emmanuel Macron mübahisəli pensiya islahatı ilə bağlı “ölkənin ümumi maraqlarını” üstün tutduğunu bəyan edib və "populyarlığı azalsa belə, bunu (islahatı) təsdiq edəcəyini" bildirib. Makron deyib ki, islahatı həyata keçmək onu sevindirmir, amma bunu etmək məcburiyyətindədir.
Fransa prezidenti Emmanuel Macron ölkədə kütləvi tətillərə səbəb olan, hökumətin parlamentdə səsvermə keçirilmədən qəbul etdiyi və pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan (62 yaşdan 64 yaşa) mübahisəli pensiya islahatından Fransa televiziyasına danışıb.
Marja xəbər verir ki, islahatın ən mühüm seçki vədləri arasında olduğunu deyən Macron, bunun bu ilin sonuna qədər qüvvəyə minməsini istədiyini bildirib.
Fransa prezidenti Emmanuel Macron, dövlət büdcəsi üçün "pensiya islahatlarının zəruri olduğunu" bildirib.
"Mən iş həyatına qədəm qoyanda 10 milyon pensiyaçı var idi, bu gün 17 milyondur. 2030-cu illərdə 20 milyon olacaq" deyən Fransa prezidenti küçələrdə baş verən qəzəbin heç də hamısının pensiya yaşının uzadılması ilə bağlı olmadığını, bir hissəsinin isə iş qaydalarında olan haqsızlıqla bağlı olduğunu qeyd edib.
Emmanuel Macron, "Mən ölkənin ümumi maraqlarını seçdim. Populyarlığım azalsa belə, bu islahatı təsdiq edəcəm" deyib.
Yüksək qazanc əldə edən şirkətlərin qazanclarının bir hissəsini işçiləri ilə bölüşməsinin zəruriliyinə diqqət çəkən Macron, gəlir balansı üçün ölkənin son 18 ayda minimum əmək haqqını inflyasiya səviyyəsinin üzərində, 9,5 faiz artırdığını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







