Çin lideri Moskvanı gizli limuzin ilə gəzib
“Hongqi N701” limuzinləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin kortejində görünüb.Si Cinpin Rusiyaya rəsmi səfər edib. Çin lideri "gizli" Hongqi N701 ilə ölkənin paytaxtını gəzib.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hongqi N701 gizli model hesab olunur, ona görə də bu barədə çox az məlumat var. Bu məlumdur ki, yaxın 10 il ərzində Hongqi brendinin sahibi olan FAW şirkəti bu avtomobildən yalnız 50 ədəd istehsal edəcək. Modelin xarici görünüşü kifayət qədər mühafizəkardır, dizaynı isə bir çox cəhətdən Toyota Century, Rolls-Royce Ghost və Aurus Komendant modellərini xatırladır.
Avtomobilin salonu barədə təfərruatlar hələ açıqlanmayıb. Çin mediası Hongqi N701-in yeni 6 litrlik 12 silindrli mühərriklə təchiz olunduğunu fərz edir. Bu mühərrik FAW mütəxəssisləri tərəfindən xüsusi olaraq Hongqi modelləri üçün hazırlanmışdır. Güc blokunun qüvvəti 762 at gücü və 1100 N·m fırlanma anı təşkil edir.
Belarus prezidenti Aleksandr Lukaşenko Çinə səfəri zamanı retro görünüşlü Hongqi L5 limuzini ilə təmin olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
-
18 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
2 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
2 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
2 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Ən çox oxunanlar
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb























