Basketbol ulduzu pulunu 50 banka yatırıb
Silikon Vadisi Bankının (SVB) iflası ilə ABŞ-da başlayan bank böhranının əks-sədaları davam edir, bazarlarda banklara olan etibar azalıb. Bu prosesdə böhranın sağlam banklara keçmə riski ən böyük qorxudur və pulunu 50 banka yatırmış "Milwaukee Bucks"ub ulduzu Giannis Antetokounmponun seçimi belə riskli hesab olunur.Amerika peşəkar basketbol komandası "Milwaukee Bucks"ın super ulduzu Giannis Antetokounmpo Marc Lasry ilə tanış olmamışdan əvvəl bir çox bank hesabına sahib idi. Marc Lasry "Avenue Capital Group"un da qurucusu olan "Bucks"ın həmtəsisçisidir.
Marja xəbər verir ki, iki dəfə NBA-nın (Milli Basketbol Assosiasiyası - Şimali Amerikada 30 komandadan ibarət peşəkar basketbol liqası) MVP-si olan Antetokounmpo, hər biri ABŞ-ın Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) limiti çərçivəsində (250 min dollaradək olan əmanətləri sığortalayır) 50 fərqli bankda hesablara sahib olub. Bu vəziyyət Marc Lasry-ni şoka salıb.
Bundan sonra Lasry ulduz Giannis Antetokounmpoya bəzi investisiya məsləhətləri verib.
Bank böhranından əvvəl Lasry deyib: “Mən oyunçulara hara investisiya etməli olduqlarını izah etməyə çox vaxt sərf edirəm. Giannis-ə "50 müxtəlif bankda hesabının olması doğru deyil. Çünki iri bank olan JPMorgan batsa, sizin kiçik banklarınız da batacaq” dedim. Dedim ki, oyunçular ABŞ istiqrazlarını alsınlar”.
27 yaşlı Antetokounmpo Yunanıstanda doğulub və kortda qeyri-adi atletik qabiliyyət nümayiş etdirir. 2010-cu illərin əvvəllərində Yunanıstan bank sistemini gərginləşdirən və vətəndaşları nağd pullarının təhlükəsiz olmadığından narahat edən borc böhranı ilə üzləşmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 24 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)
.jpg)









.jpg)







